Neymar Peleyə çatdı

17:18 - 25 İyun 2026

Braziliya millisi DÇ-2026-nın qrup mərhələsinin üçüncü turunda Şotlandiyanı 3:0 hesabı ilə məğlub edib.

Sportal.az xəbər verir ki, bu matçda Neymar da iştirak edib. 34 yaşlı vinger 76-cı dəqiqədə meydana daxil olub.

​Beləliklə, 34 yaşlı Neymar Braziliya milli komandasının tarixində dörd dünya çempionatında iştirak edən dördüncü futbolçu olub. Ondan əvvəl bu nailiyyətə Canlmu Santos, Pele və Kafu imza atıblar.

​Neymar daha öncə Braziliya millisində 2014, 2018 və 2022-ci illərdə keçirilən dünya çempionatlarında çıxış edib.

Xəbər xətti