FIFA 2026-cı ilin payızında Azərbaycanda keçiriləcək U-15 milli komandaları arasında yeni dünya çempionatının formatını təsdiqləyib.
Sportal.az xəbər verir ki, təşkilatın qərarına əsasən, debüt turnirdə iştirak hüququnu FIFA-nın bütün üzv assosiasiyalarının təmsilçiləri qazanacaq.
Bəyanatda qeyd olunur ki, gənclərdən ibarət komandalar arasında ilk yarış 22-31 oktyabr tarixlərində baş tutacaq. Həmçinin bildirilib ki, qızlardan ibarət milli komandaların turniri 2027-ci ildən etibarən ayrıca keçiriləcək.
Rəsmi məlumatda Rusiya haqqında birbaşa xatırlatma olmasa da, beynəlxalq media qurumları FIFA-nın bütün üzvlərinin iştirakı ilə bağlı müddəanın Rusiya Federasiyasına da şamil edildiyini qeyd edirlər.
Beləliklə, Rusiya milli komandası 2022-ci ildə tətbiq edilmiş kənarlaşdırılmadan sonra ilk dəfə FIFA-nın bayrağı altında beynəlxalq yarışlara qayıda bilər.
saytlarin hazirlanmasi
