Kevin De Bruynenun "Napoli"dəkı gələcəyi ilə bağlı qərar dünya çempionatından sonra veriləcək.
Sportal.az "Corriere dello Sport"a istinadən xəbər verir ki, komandanın yeni baş məşqçisi Massimiliano Alleqri 34 yaşlı yarımmüdafiəçini vacib futbolçu hesab edir və onun komandadan ayrılmasını istəmir. Buna görə də De Bruynenin “Napoli”də qalacağına böyük ümid bəslənilir.
Alleqrinin mövqeyi klub rəhbərliyinin fikri ilə üst-üstə düşür. Neapol təmsilçisi komandada bir mövsüm keçirən belçikalının gələcəyini tələsmədən müzakirə etmək niyyətindədir.
Futbolçunun özü də qərar verməyə tələsmir. O, dünya çempionatı başlamazdan əvvəl yeni baş məşqçi ilə görüşmədən gələcəyi barədə qərar qəbul etməyəcəyini bildirmişdi. Bu səbəbdən məsələ onun turnirdən qayıdışından sonraya saxlanılıb.
Hazırda tərəflər nikbin əhval-ruhiyyədədir. Klub De Bruynenin ayrılmasını sürətləndirmək niyyətində deyil, Alleqri onu komandada saxlamaq istəyir, futbolçunun özü isə yekun qərar verməzdən əvvəl klubun layihəsi ilə yaxından tanış olmaq niyyətindədir.
saytlarin hazirlanmasi
