"Fənərbaxça" İspaniya millisinin üzvü üçün 25 milyon avroluq təklif göndərdi
"Fənərbaxça" hücum xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.
Sportal.az xəbər verir ki, İstanbul nəhəngi "Real Sosyedad"da çıxış edən Mikel Oyarsabalı transfer etmək istəyir. Bu barədə "Transferfeed" məlumat yayıb.
"Fənərbaxça" İspaniya millisinin üzvü üçün La Liqa klubuna 25 milyon avroluq təklif göndərib.
Qeyd edək ki, Mikel Oyarsabal "Real Sosyedad"ın yetirməsidir. 29 yaşlı hücumçu 2025/26 mövsümündə komandanın heyətində meydana çıxdığı 40 rəsmi matçda 18 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
