2026-cı il dünya çempionatında I qrupunda III turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, Seneqal millisi İraq ilə qarşılaşıb. 5:0 hesablı qələbə qazanan Seneqal 3 xalla 3-cü pillədə yer alıb.
Qrupun digər matçında isə Fransa Norveçlə üz-üzə gəlib. Burada isə fransızlar 4:1 hesablı qələbə qazanaraq 9 xalla qrupu lider tamamlayıb. Norveç isə 6 xalla 2-ci pillədə yer alıb.
Qeyd edək ki, qrupda son yeri 0 xalla İraq yığması tutub.
DÇ-2026
I qrupu, III tur
23:00. Seneqal - İraq 5:0
Qollar: Sek, 4, Sarr, 56, Qeye, 59, 71, İ.Ndiaye, 82
Qırmızı vərəqə: Sulaka, 10
23:00. Fransa - Norveç 4:1
Qollar: Dembele, 7, 20, 32, D.Doue, 90+4, - T. Asgard, 21
saytlarin hazirlanmasi
