"Qarabağ"ın darmadağını - VİDEO

00:01 - 28 İyun 2026

Daha öncə qeyd etdiyimiz kimi, Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" bu gün ilk yoxlama oyununa çıxıb.

Sportal.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv yerli "Tirol" klubu ilə üz-üzə gəlib.

"In Gernot Langes" stadionunda təşkil olunan qarşılaşma Ağdam təmsilçisinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, "Qarabağ" Avstriyada daha iki hazırlıq matçı keçirəcək. Ağdam təmsilçisi Ukraynanın "Xarkov" və Macarıstanın "Ferentsvaroş" klubu ilə qarşılaşacaq.

Yoxlama matçı

"Tirol" - "Qarabağ" 0:4

Qollar: Zakaria Savo,42, 54, 56,  Kamilo Duran, 51

Xəbər xətti