"Zirə"nin rəqibi finala vəsiqə qazandı

11:17 - 28 İyun 2026

Konfrans Liqasının 1-ci təsnifat mərhələsində "Zirə"nin rəqibi olan "Torpedo" Gürcüstan Superkubokunda yarımfinal görüşünü keçirib.

Sportal.az xəbər verir ki, Kutaisi klubu "Dila"(Qori) klubuna qalib gələrək finala vəsiqə qazanıb.

Bu görüşdə "Torpedo" 1:0 qalib gəlib.

"Zirə"nin rəqibi finalda "İberiya 1999"la üz-üzə gələcək.

Xatırladaq ki, "Zirə" "Torpedo"ya qarşı ilk oyununu iyulun 8-də Sumqayıtda keçirəcək.

Cavab qarşılaşması isə iyulun 16-da Kutaisidə baş tutacaq.

Xəbər xətti