"Arsenal"ın futbolçusu Qabriel Martinelli karyerasını İspaniya La Liqasında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "Atletiko" braziliyalı vingerin xidmətində maraqlıdır. Bu barədə "Fichajes" nəşri məlumat yayıb.
Madrid təmsilçisinin baş məşqçisi Dieqo Simeone Martinellini komandasında görmək istəyir. "Atletiko" 25 yaşlı oyunçu üçün İngiltərə çempionu ilə danışıqlara başlamağı planlaşdırır.
Qeyd edək ki, Qabriel Martinelli 2019-cu ilin yayından "Arsenal"da çıxış edir. Braziliya millisinin üzvü 2025/26 mövsümündə "topçular"ın heyətində meydana çıxdığı 53 rəsmi matçda 11 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
