Babək Quliyev Konfrans Liqası matçında

18:22 - 22 İyul 2026

Beynəlxalq dərəcəli hakim-inspektor Babək Quliyev UEFA-dan növbəti təyinat alıb.

Sportal.az xəbər verir ki o, UEFA Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində iyulun 30-da keçiriləcək “Ludoqorets” (Bolqarıstan) - “Hapoel” (Təl-Əviv, İsrail) görüşünün hakim-inspektoru olacaq.

Qarşılaşma Razqrad şəhərində yerləşən “Ludoqorets Arena”da baş tutacaq.

Xəbər xətti