Qurbanovu böyük məşqçi saymayanlarla futbol danışmayacam
Ötən gün Azərbaycan futbolunda növbəti bir şanlı tarix yazıldı. Bu tarixi yazanların baş memarı məhz Qurban Qurbanovdur. Qurban Qurbanovun bizim futbolda mənimçün xüsusı yeri olub. Hələ yadımdadır uşaq vaxtı yığma komandamızın doqquz nomrəli formasın almışdım dostlarım mənə gülürdü. Çünki ampulaca müdafiəçi idim. Ancaq Qurbanova simpatiyamdan bu formanı almışdım. Futbolçu karyerasını bitirəndə çox pis olmuşdum. Ancaq çox keçmədən "Neftçi"yə baş məşqçi təyin olundu. O, zaman atam "Neftçi"yə azarkeşlik edirdi. Qaça-qaça gəlib dedimki, Qurbanı sənin komandana gətirdilər. O isə cavabında "Qurban hələ çox cavandı heçnə edə bilməyəcək" söylədi. Mən ona deyəndəki, delisən? Atamsa, cavabında adam atasına dəli deyər? Bir anlıq tutuldum. Ancaq atama elə əminliklə cavab vermişdimki, sanki Qurbanov illərin təcrübəli məşqçisidir. İçimdə bir hiss vardı. Elə hiss edirdimki, bu insan Azərbaycan futbolunda böyük dəyişiklər edəcək. Və etdi.
Budur, illər keçdi Qurbanov adını bir daha Azərbaycan futboluna mənə görə qızıl həriflərlə yazdı. Bu təsadüf deyil hər dəfə qatıldığı avrokuboklarda komandasını üçüncü dəfə "play-off"a qədər daşımaqla hər kəsə sübut ediki, Qurbanov həqiqətən "böyük" məşqçidir. Əvvələr deyilirdiki, komandanın heyəti əsasən yerli futbolçulardan təşkil olunduğuna görə nəticə qazanmaq asandır. Ancaq bu il komanda demək olarki, heyətini əksəriyyətini dəyişdi. Və burada da məşqçi sübut elediki legionerlerlə də eyni nəticəni qazanmaq olur. Deməli pul önəm daşımır elə klubarımız varki hər il milyonlarla vəsait xərcləyir ancaq bir nəticəsi yoxdur. Çünki onların Qurbanov kimi məşqçiləri yoxdur.
P.S: Mənim Qurbanovla heç bir tanışlığım yoxdur sadəcə bir dəfə yaxından görmüşəm yalnız bu qədər.
P.S: Dünən axşamdan bir qərar qəbul eləmişəm Qurbanovu böyük məşqçi saymayanlarla futbol danışmayacam.
Zamin YUSİF
saytlarin hazirlanmasi