Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, daim komandasınn yanında olan, ən həssas məqamlarda dəstəyini göstərən, inamını nümayiş etdirən "Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl komandasını ziyarət edib. "Qarabağ"ın təlim-məşq üçün yığışdığı otelə gedən Tahir bəyi görən baş məşqçi Qurban Qurbanov və kapitan Rəşad Sadıqov təəccüblənib. Sürpriz dəstək ziyarətində vitse-prezidentlə çay süfrəsindəki sohbət 1 saat davam edib. Tahir Gözəl komandanın son durumu ilə maraqlanıb, mövcud durumla bağlı ətraflı bilgi alıb. Sabah "İnter"lə qarşılaşacaq komandasına inandığını bildirən Tahir bəy "Qarabağ" camiəsinin bugünlərdə bütünləşdiyini və ən böyük uğurları gözlədiyini ifadə edib, sabahkı oyunda "Qarabağ"a uğurlar arzulayıb. O, baş məşqçi Qurban Qurbanov və kapitan Rəşad Sadıqovla sağollaşanda komandaya inancını bir daha nümayiş etdirib.
İşlərinin çoxluğuna baxmayaraq Tahir bəy oteldən ayrılaraq dərhal Suraxanıya yollanıb. O, Suraxanı qəsəbə stadionu ərazisində,"Qarabağ"ın yeni bazasının - otel inşaatının tamamlama mərhələsi ilə tanış olub. İnşaatla yaxından maraqlanan Gözəl tamamlama prosesinin daha da sürətləndirilməsni tövsiyə edib.