Oğuz Çətin: "Mənim üçün vacib olan..."

20:43 - 7 May 2014

"Xüsusən də ilk 20-25 dəqiqə çox yaxşı oynadıq"
 
"Xəzər Lənkəran" bu gün doğma meydanda "Sumqayıt"ı darmadağın edib.
 
Sportal.az xəbər verir ki, oyundan sonra cənub təmsilçisinin məşqçisi Oğuz Çətin qələbəyə belə şərh verib:
 
"Qalan oyunlarımızı ən yaxşı şəkildə oynamaq və qələbə qazanmaq bizim üçün çox vacibdir. “Rəvan”la oyunda olduğu kimi, bu gün də ilk hissədə, xüsusən də ilk 20-25 dəqiqə çox yaxşı oynadıq. Layiq olduğumuz nəticəni əldə etdik. Hesab daha da böyük ola bilərdi. Amma mənim üçün vacib olan futbolçuların verilən tapşırığı yerinə yetirməsi, oyundan zövq alması və azarkeşlərə zövq yaşatmasıdır. Qarşıda iki oyunumuz var. “Simurq” və “Qarabağ”la oyunlarda da yaxşı oynayıb, mövsümü yaxşı yerdə bitirmək istəyirik"

Xəbər xətti