Tərlan Əhmədov: "Bu, məni düşündürür"

00:16 - 8 May 2014

"Yaradılan epizodlardan heç olmazsa birini vurmaq lazımdır"
 
AZAL-ın baş məşqçisi Tərlan Əhmədov Neftçi ilə oynanılan oyundan sonra matçı şərh edib.
 
Sportal.az xəbər verir ki, Əhmədov 0:0 hesabı ilə bitən matç haqqında bunları deyib:

“4 heç-heçədən sonra qələbə qazanmaq istəyirdik. İddiamız yoxdur, öz imicimiz üçün oynayırıq. Qələbə qazanmaq istəyirdik, ilk hissədə çox istəkli oynadıq. Hakimlik barəsində heç nə deməyəcəm. Hər iki qırmızı dəqiq idi. Mən də qırmızı almışam, amma baxır nəyə görə. Murad Ağayev rəqib cərimə meydançasında, qapımıza təhlükə olmayan zamanda qayda pozuntusuna yol verdi. Qol vura bilmirik, bu, məni düşündürür. Komandada üç gənc futbolçudan biri mövsümü bitirib, ikisi isə cəzalı duruma düşdü. Gələn turda kimlə meydana çıxacağımı bilmirəm. Əvəzedici heyətdə istədiyim səviyyədə futbolçu yoxdur. Hərdən yerli futbolçuları çox qınayırıq, amma bu il gələn legionerlərin də səviyyəsi yüksək deyil. Yaradılan epizodlardan heç olmazsa birini vurmaq lazımdır. “Neftçi” bu gün yüksək səviyyədə oynadı. Bundan əvvəlki oyunlarda da bu cür oynasaydı çempionatda xal itkisinə yol verməzdi"

Xəbər xətti