Bir mövsümdə ən çox qol vuran "Qarabağ"lı
Premyer Liqanın 34-cü turunun “İnter”lə oyununda 3 qol vurmaqla 4:1 hesablı qələbədə pay sahibi olan Reynaldo Silva “Qarabağ”ın tarixinə düşüb.
Sportal.az xəbər verir ki, braziliyalı legioner Ağdam təmsilçisinin Azərbaycan çempionatları tarıxindəki rekordunu yeniləyib.
Cari çempionatda qol sayını 22-yə çatdıran cənubi amerikalı “Qarabağ”ın heyətində bir mövsümdə ən çox fərqlənən oyunçu ünvanına yiyələnib. Reynaldo 2003/04 mövsümündə 20 qolla çempionatın ən sərrast futbolçusu olan Samir Musayevin rekordunu 2 top üstələyib.
saytlarin hazirlanmasi