Komandada 3 itki var
Premyer Liqanın 34-cü turunda evdə “Sumqayıt”ı 4:1 hesabı ilə məğlub edən “Xəzər Lənkəran” klubu oyundan dərhal sonra Bakıya gəlib. Komanda dünən istirahət edib. Legionerlər oteldə qalıblar, yerli futbolçular isə ailələrinə baş çəkiblər.
Sportal.az xəbər verir ki, “Xəzər Lənkəran” bugündən etibarən “Simurq”la səfər matçının hazırlığına başlayacaq.
Qeyd edək ki, zədəlilər Pit və Skarlatake, eləcə də cəzalı Tyeqo Zaqatalada meydançaya çıxa bilməyəcəklər.
saytlarin hazirlanmasi