Mevlüt Erdinç ölkəsinə qayıdır
Türkiyə çempionu "Fənərbaxça" artıq indidən heyəti gücləndirməyə başlayır.
Sportal.az xəbər verir ki, komandanın edəcəyi ilk transferin kimliyi də məlum olub. Bu, Fransa çempionatında "Sent Etyenn"in hücumçus Mevlüt Erdinçdir. O, verdiyi açıqlamada da bunu təsdiqləyib: "Bəli, "Fənərbaxça" ilə razılığa gəlmişəm, növbəti mövsüm orada oynayacam".
Qeyd edək ki, Erdinç Türkiyə millisinin də üzvüdür.
saytlarin hazirlanmasi