Dənizli komandanı tək qoydu
Premyer Liqanın 35-ci turunda "Simurq"un qonağı olacaq "Xəzər Lənkəran" dünən Zaqatalaya yollanıb.
Sportal.az xəbər verir ki, iki gün əvvəl Türkiyədən qayıdan baş məşçi Mustafa Dənizli komanda ilə səfərə yollanmaqdan imtina edib bə Bakıda qalıb. Bunun səbəbi isə onun səhhəti ilə bağlıdır ki, həkimlər ona uzunməsafəli yolu avtobusla getməyə icazə vermirlər.
Qeyd edək ki, "ağ-yaşıl"ları meydanda son iki oyundakı kimi köməkçi məşqçi Oğuz Çətin çıxardacaq.
saytlarin hazirlanmasi