"Xəzər Lənkəran" sabiq baş məşqçisini qaytarır
Rumıniya mətbuatı Mirça Rednikin yenidən “Xəzər Lənkəran” qayıtdığı barədə xəbər yayıb.
Sportal.az xəbər verir ki, “Prosport” iddia edir ki, Rednik artıq cənublularla ilkin razılıq əldə edib. Rumıniyalı həmkarlarımızın yazdığına inansaq, Rednik ölkəmizdə ilinə 2 milyon dollar qazanacaq ki, bununla da o, həmyerliləri arasında 3 ən yüksək ödənişli məşqçidən biri olacaq.
“Xəzər Lənkəran”ın köhnə-yeni baş məşqçisi ildə 3,5 milyon avro qazanan Kosmin Olaroyu (“Əl-Əhli”) və Mirça Luçeskudan (Şaxtyor) geri qalacaq.
saytlarin hazirlanmasi