Qapıçı bombardirə hədiyyə verdi
Premyer Liqanın XXXVI turunda keçirilmiş "Qəbələ" - "Sumqayıt" oyununun fasiləsində U-17 Liqanın 2012/2013-cü il mövsümünün bombardiri, "Qəbələ" FK-nın futbolçusu Ehtiram Şahverdiyev AFFA və Təhsil Nazirliyinin birgə layihəsi çərçivəsində mükafatlandırılıb.
Sportal.az xəbər verir ki, 44 qol vurmaqla ötən mövsüm U-17 Liqasının ən məhsuldar oyunçusu olan Ehtiram Şahverdiyevə mükafat Azərbaycan milli komandasının və "Qəbələ" klubunun qapıçısı Kamran Ağayev tərəfindən təqdim olunub.
saytlarin hazirlanmasi