"Qarabağ" istirahətə buraxıldı

16:32 - 20 May 2014

Komanda 12 iyunda bir araya gələcək
 
Cari mövsüm Azərbaycan Premyer Liqasının qalibi olan "Qarabağ" klubu istirahətə buraxılıb.

Sportal.az xəbər verir ki, komandada Cumbinyo, Riçard Almeyda, Reynaldo, Leroy hələ "Qarabağ"ın çempionluğu rəsmiləşdirdiyi 34-cü turdan sonra ölkələrinə yollanmışdı.

Milli oyunçular isə ABŞ-a təlim-məşq toplanışına yola düşüblər.

Qeyd edək ki, "Qarabağ" klubu iyunun 12-də yenidən yığışacaq. 1 həftəlik Bakı hazırlığının ardından Ağdam təmsilçisi Çempionlar Liqasının təsnifat mərhələsinə hazırlaşmaq üçün ölkə xaricinə təlim-məşq toplanışına yollanacaq.

Xəbər xətti