Sportal.az rekord.az-a istinadən xəbər verir ki, Lənkəran klubunun braziliyalı sabiq futbolçusunun işi klub rəhbərliyini qətiyyən razı salmayıb.
Belə ki, Souzanın məsləhəti ilə “Xəzər Lənkəran”a transfer olunan legionerlərin heç biri ümidləri doğrultmayıb. Ona görə də Lənkəran klubunun rəhbərliyi daha sabiq futbolçusunun məsləhət bildiyi futbolçuları heyətinə dəvət etməyəcək. Növbəti mövsüm üçün selskiya işlərini hələlik klubun məşqçisi Oğuz Çətin görəcək. Yerli futbolçularla isə rəhbərlik özü danışıqlar aparacaq.