Rednik "Xəzər Lənkəran"a "hə" dedi

14:20 - 22 May 2014

Ruminiyalı baş məşqçi yaxın günlərdə müqavilə imzalayacaq
 
Rumıniyalı baş məşqçi Mirça Rednik Belçika klubları ilə danışıqlarını dondurub. Bu barədə Rumıniya mətbuatı məlumat yayıb.

Sportal.az xəbər verir ki, Rednik şərtləri üst-üstə düşməyən Belçika klubunun təklifini geri çevirib. Rednik əlavə edib ki, “Xəzər Lənkəran”la şifahi razılığa gəlsə də, hələ ki, rəsmi müqaviləyə qol çəkməyib.
 
Qeyd edək ki, yaxın günlərdə Rednik rəsmən "Xəzər Lənkəran"lı olacağı gözlənilir.

Xəbər xətti