Uruqvayda Suares şoku

15:24 - 22 May 2014

Ulduz futbolçu əməliyyat olunacaq
 
Uruqvay yığmasının hücumçusu Luis Suares məşqdə zədələnib. Meniskindən xəsarət alan futbolçu əməliyyat olunacaq.
 
Sportal.az xəbər verir ki, Suares özü dünya çempionatına qədər sağalacağına ümid edir. Bu cür əməliyyatlardan sonra adətən futbolçular 4-6 həftə bərpa prosesi keçirlər. Odur ki, Suaresin mundialın qrup mərhələsini buraxmaq ehtimalı böyükdür.

Xəbər xətti