Son olaraq onun "Xəzər Lənkəran"la iki illik müqavilə imzaladığı və ilinə 2 milyon avro qazanacağı xəbəri yazılmışdı.
Sportal.az xəbər verir ki, umın çalışdırıcı "DailySport"a özəl açıqlamasında bunları dedi: "Bir çox şey gələn həftə məlum olacaq. Mübariz Mənsimovdan cavab gözləyirəm, o da hazırda İstanbulda deyil. Bilirəm ki, mənim barəmdə çoxlu xəbərlər yayılıb.
Guya maaşım 2 milyondu. Guya ki, artıq müqavilə imzalanıb. Amma heç biri doğru deyil. Bu günlərdə mənə çoxlu zənglər gəlir. Amma gələn həftə mən sizə bu barədə daha detallı açıqlama verə bilərəm. İndi isə xahiş edirəm ki, sual verməyim".