"Qarabağ"ın ÇL-dəki potensial rəqibləri

11:02 - 26 May 2014

Ağdam klubu səpələnmişlər səbətində
 
"Qarabağ"ın ÇL-in ikinci təsnifat mərhələsindəki potensial rəqiblərinin kim olacağı təxmini bəllidi.
 
Sportal.az xəbər verir ki, Ağdam klubu UEFA-nın reytinq cədvəlində 7,575 bala malikdi. Bu isə komandamızın püşkatma zamanı daha güclülərin yer aldığı səpələnmişlər səbətində olacağına işarədi. Bir sözlə, Qurban Qurbanovun komandasını zəiflərin yer aldığı səpələnməmişlər səbətindən bir komanda gözləyəcək.


Birinci təsnifat mərhələsi

Səpələnmişlər: Levadiya (Estoniya), Torshavn (Farer adaları), Santa-Koloma (Andorra).

Səpələnməmişlər: Banants (Ermənistan), Linkoln Red İmps (Cəbəllütariq) və gələcək San-Marino çempionu.


İkinci təsnifat mərhələsi

Səpələnmişlər: Styaua (Rumıniya), Seltik (Şotlandiya), BATE (Belarus), Sparta (Çexiya), Dinamo (Xorvatiya), Ludoqorets (Bolqarıstan), Makkabi (Təl-Əviv, İsrail), Şerif (Moldova), Maribor (Sloveniya), Legiya (Polşa), Srvena Zvezda (Serbiya), Slovan (Slovakiya), Aktobe (Qazaxıstan), Ventspils (Latviya), Qarabağ (Azərbaycan), HJK (Finlandiya),.

Səpələnməmişlər: Dinamo (Tiflis, Gürcüstan), Malmö (İsveç), Reykyavik (İslandiya), Düdelanj (Lüksemburq), Stromsqodset (Norveç), Nyu-Seynts (Uels), Sent-Patrik Atletik (İrlandiya), Skenderbeu (Albaniya), Rabotniçki (Makedoniya), Valletta (Malta), Jrinski (Bosniya və Herseqovina), Kliftonvill (Şimali İrlandiya), “Jalgiris” (Litva).

Hazırda ikinci təsnifat mərhələsinin sadəcə, 2 iştirakçısının adı bəlli deyil. Bunlar gələcək Çernoqoriya və Macarıstan çempionlarıdı.

Qeyd edək ki, ilk təsnifat mərhələsinin oyunları iyulun 1-2-də, cavab görüşləri 8-9 iyulda keçiriləcək. "Qarabağ"ın da qatılacağı ikinci təsnifat mərhələsinin görüşləri isə 15-16 və 22-23 iyul tarixlərində baş tutacaq.

Xəbər xətti