Sportal.az xəbər verir ki, ziyarət zamanı Turan futbol klubunun oyunçuları, məşqçilərı, komanda heyəti ilə söhbət aparıldı. Ölkəmizdə idmanın bütün sahələrinə, o cümlədən futbola dövlət səviyyəsində böyük diqqət və qayğı göstərildiyini deyən millət vəkili Qənirə Paşayeva böyük futbol ənənələrinə malik Turan futbol klubunun ölkədaxili çempionatda tezliklə daha yaxşı nəticələr göstərəcəyinə və ölkəmizi beynəlxalq yarışlarda da uğurla təmsil edəcəyinə inandığını dedi.
Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtım müşaviri Seyid Əhməd Arslan və TRT-nin Bakı ofisinin rəhbəri Əmrah Yazıçı da komandaya uğurlar dilədilər və bundan sonra artıq Turan klubunun azarkeşi olacaqlarını bildirdilər. Görüşün sonunda millət vəkili Qənirə Paşayeva Turan futbol klubunun üzvlərinə həmmüəllifi olduğu kitabları imzalayaraq hədiyyə etdi.
Eyni zamanda Turan futbol komandanın uşaq və yeniyetmələrdən ibarət heyəti ilə də görüş və maraqlı müzakirələr olub. Millət vəkili Qənirə Paşayeva Turan futbol klubunda və Azərbaycanın milli yığmasında oynaya biləcək gənclərin yetişməsinin təqdirəlayiq olduğunu deyib, bunun vacibliyini xüsusi vurğulayıb və onlara uğurlar arzulayıb.
Görüş çərçivəsində TRT-nin Bakı ofisinin rəhbəri Əmrah Yazıçı komanda ilə bağlı maraqlı proqramlar da çəkib. Komandanın rəhbərliyi, məşqçi və oyunçular diqqət üçün təşəkkürlərini bildirərək TURAN klubunun keçmiş söhrətini yenidən bərpa etmək üçün əllərindən gələni etdiklərini, gənclər arasında böyük potensiallı gənclər olduğunu, komandanın daha yaxşı uğurlar qazanması istiqamətində daha çox dəstəyə ehtiyac duyduğunu bildiriblər və komandanın uğurlarının getdikcə daha da artacağına inandıqlarını bildiriblər. Görüş maraqlı müzakirələrlə yadda qalırb.
Millət vəkili Qənirə Paşayeva TURAN-la bağlı bir neçə dəfə AFFA rəsmiləri ilə görüşlərdə söhbətlər etdiyini deyib və komandaya federasiya tərəfindən göstərilən dəstəyin artmasına görə onlara minnətdarlıq bildirməklə yanaşı görüş zamanı səslənən bəzi fikir və təklifləri AFFA rəhbərliyinə yenidən çatdıracağını deyib və ümidvar olduğunu bildirib ki, Azərbaycanın ən böyük futbol ənənlərində malik komandalar arasında ön sırada olan klublardan olan TURAN-a bütün istiqamətlərdə dəstək daha da artacaq. Çünki buna ciddi ehtiyac var.