Arda Turan: "Sinəmdə "Azərbaycan" yazıldığı üçün fəxr edirəm"

01:45 - 29 May 2014

"Atletiko"da özümü evdəki kimi hiss edirəm"
 
Madrid “Atletiko”sunun türk yarımmüdafiəçisi Arda Turan Azərbaycana səfər çərçivəsində yerli jurnalistlərlə görüşüb.
 
Sportal.az xəbər verir ki, Turan görüş zamanı bunları söyləyib:
 
"Mən Azərbaycan prezidenti İlham Əliyevə minnətdaram. Axı o mövsümün əvvəlində bizə dəstək oldu. Sinəmdə “Azərbaycan” yazıldığı üçün fəxr edirəm. Gələcəyimə gəlincə, 2017-ci ilə qədər müqaviləm var və heç yana hazırlaşmıram. “Atletiko”da özümü evdəki kimi hiss edirəm"

Xəbər xətti