"Qarabağ"ın yeni braziliyalısı danışdı: "Azarkeşlərə sözüm odur ki.."

17:23 - 30 May 2014

"Bilirəm ki, bu vəziyyətdə məndən gözləntilər çoxdu"
 
Mövsüm başa çatar-çatmaz transfer çalışmalarına start verən "Qarabağ" ilk transferini reallaşdırıb. Son çempiom Porutuqaliyanın "Maritimo" klubundan 28 yaşlı forvardı transfer edib. Braziliyalı ön xəttin istənilən mövqeyində çıxış edə bilər. 2005-ci ildə karyerarasına ölkəsində başlayan forvard karyerasının ən uğurlu illərini də məhz sonuncu klubunda keçirib. Tibbi baxışdan keçdikdən sonra Danilo ilə 2 illik müqavilə bağlanılıb.
 
Sportal.az xəbər verir ki, Dias klubun rəsmi saytına  bunları dedi: "Çempion komandaya gəlmişəm. Üstəlik, komanda bu titulu qazandıqdan sonra ilk transferiyəm. Bilirəm ki, bu vəziyyətdə məndən gözləntilər çoxdu. Təbii ki, bura uğur qazanmağa gəlmişəm. Bunun üçün hər şeyi edəcəm. Komandanın 1 parçası olmaq cox vacibdir. Çünki, uğurları ayrı fərdlər deyil komanda şəklində qazanmaq olar. Bilirəm ki, komandada mənə qədər 3 braziliyalı var. Həmvətənlərimin olması əlbəttə ki, adaptasiya baxımından üstünlükdür. Qarşıdan çempionlar liqası gəlir. Bu turnirə yaxşı hazırlaşmaq lazımdır. Azarkeşlərimizə sözüm odu ki, onlar sona qədər meydanda `Qarabağ` üçün döyüşən futbolçu görəcəklər.`

Xəbər xətti