"Fənərbaxça"nın baş məşqçisi: "Doğru oynayıb, məğlub da ola bilərik"

01:10 - 31 May 2014

"Bu vaxta qədər həqiqətən yaxşı işlər gördük"
 
III Gabala Cup turnirin yarımfinalında Avstriyanın "Rapid" komandasını 1-0 hesabı ilə məğlub edərək adını finala yazdıran Türkiyənin "Fənərbaxça" klubunun baş məşqçisi Engin Kabaş sevinc hisslərini Sportal.az-la bölüşüb:

"Biz oyunçu yetişdiririk. Oyunçularımız uğur qazananda, təbii ki, sevinirik. Bu vaxta qədər həqiqətən yaxşı işlər gördük. Hər kəs də təqdir edir. Önəmli olan doğruları etməkdir. Doğru oynayıb, məğlub da ola bilərik.Əsas fubolçuların düzgün nədirsə, onu öyrənməsi. Həm də bu turnirdə futbolçular da çox şey öyrənirlər. Dostluqlar qururlar.  Əcnəbi futbolçuları tanıyırlar. Bunlar bizim üçün önəmlidir. Təbii ki, finala qədər gəldiyimiz üçün çox xoşbəxtik".

Xəbər xətti