Klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu məsələyə Sportal.az-a açıqlamasında aydınlıq gətirib:
"Biz də baş məşqçinin kim olacağını bilmirik. Mustafa Dənizli komandadan gedəndən sonra, heç bir futbolçu nə "Xəzər Lənkəran"a gəlib nə də gedib. Bu da onu göstərir ki, komandanın baş məşqçisi hələ məlum deyil. Qarşıdakı günlərdə bu məsələyə tam olaraq aydınlıq gələcək".