Dənizli: "Xəzər Lənkəran"dan ayrılmama rəğmən onlarla bəzi məsələləri müzakirə etməliyəm"

12:02 - 1 İyun 2014

Türkiyəli mütəxəssis etiraf etdi
 
Bir müddət əvvəl "Xəzər Lənkəran"dan ayrılan Mustafa Dənizli bunu ilk dəfə etiraf edib.
 
Sportal.az xəbər verir ki, buna qədər verdiyi açıqlamalarda öz işinin başında olduğunu vurğulayan mütəxəssis bu dəfə fərqli danışıb.

"Bursaspor"dan dəvət alan tanınmış məşqçi məsələyə belə reaksiya verib: "Bursaspor"la heç bir danışığım olmayıb. Hamı kimi bu klubdakı prosesləri kənardan izləmişəm. Həmçinin "Xəzər Lənkəran"dan ayrılmama rəğmən onlarla bəzi məsələləri müzakirə etməliyəm. İndi əsas məsələ budur"

Qeyd edək ki, Bursa təmsilçisi artıq Şenol Günəşlə anlaşıb.

 

Xəbər xətti