AFFA Bakılını bağışladı
AFFA-nın Apellyasiya və Ekspert Komitəsinin iclas keçirilib.
Sportal.az xəbər verir ki, iclasda “Bakılı ” tərəfindən daxil olmuş müraciətə baxılıb. Müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub:
“Bakılı” barədə AFFA-nın İntizam Komitəsinin qəbul etdiyi qərar dəyişdirilsin. Klubun 1-ci divizionda iştirakı təmin olunsun. “Bakılı” növbəti dəfə üzürsüz səbəbdən rəsmi oyunlarda iştirak etmədiyi təqdirdə 1-ci divizionda çıxış etmək hüququndan məhrum edilsin.
saytlarin hazirlanmasi