"Xəzər Lənkəran"ın sabiq baş məşqçisindən uğurlu debüt

13:55 - 22 Fevral 2015

İlk oyunundaca...

 

“Xəzər Lənkəran”ın sabiq baş məşqçisi, hazırda "Petrolul"u çalışdıran Mirça Rednikin yeni klubunda debütü uğurlu alınıb.

 

Sportal.az xəbər verir ki, Rumın məşqçi ötən ilin sonlarından etibarən rəhbərlik etdiyi “Petrolul” klubu ilə ilk matçındaca qələbə qazanaraq yerli fanatların rəğbətini qazanıb. Doğma meydanda "Braşov"u 1:0 hesabı ilə məğlub edən "Petrolul" 3 xalı aktivinə yazaraq liderlə olan xal fərqini 7-yə endirərək 2-ci pillədəki yerini möhkəmlədib.

 

Qeyd edək ki, Rednikin "Petrolul"la olan müqaviləsi mövsümün sonunda bitir.

Xəbər xətti