Futbolçumuz "18-lik"dən kənarda qaldı
Almaniya Bundesliqasında 14-cü turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının qapıçısı Emil Balayevin komandası - "Ayntraxt" da növbəti matçına çıxıb. Frankfurt təmsilçisi səfərdə "Maynts"la qarşılaşıb. Matç futbolçumuzun komandasının 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Zədəli olan Emilin adı bu dəfə də matçın iştirak ərizəsinə daxil edilməyib.
Qeyd edək ki, "Ayntraxt" hazırda 14 xalla 13-cü pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi