7-ci pillədə qərarlaşıb
Almaniya Qərb Regional Liqasında 18-ci turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Tuğrul Eratın şərəfini qoruduğu "Fortuna II" növbəti matçına çıxıb.
Düsseldorf təmsilçisi doğma meydanda “Oberhausen”lə üz-üzə gəlib. Qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Start heyətdə meydana çıxan Erat matçın 45-ci dəqiqədə əvəzlənib.
Qeyd edək ki, “Fortuna II” 25 xalla 7-ci pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi