"Futbolçu kluba 1 ay vaxt verməlidir"
Millimizin üzvü Kamran Ağayev son 3 aydır ki (sentyabr, oktyabr və noyabr) çıxış etdiyi "Karşıyaka"da maaş üzünə həsrətdir. Müqavilə şərtlərinə görə, hər hansı futbolçu 3 ay maaş almırsa, müqaviləsini təktərəfli pozaraq azad agent statusu alaraq komandadan ayrıla bilər.
Sportal.az xəbər verir ki, bu məsələ ilə bağlı klub prezidenti Ali Erten Türkiyə mətbuatına açıqlama verib:
"Əgər 3 ay maaş verilmirsə, futbolçu notarius vasitəsi ilə kluba xəbərdarlıq məktubu göndərməlidir və 1 ay vaxt verməlidir. Bu 1 ay ərzində klubda yeni prezident seçkiləri baş tutacaq. yeni prezident həmin futbolçulara pulun ödənilib-ödənilməməsi haqda son qərarı verəcək".
saytlarin hazirlanmasi