Serbiya kuboku
Serbiya Kubokunda 1/8 final mərhələsinin oyunları keçirilib.
Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Branimir Subaşiçin şərəfini qoruduğu "OFK Belqrad" da növbəti matçına çıxıb.
Paytaxt təmsilçisi doğma meydanda "Donyi Srem"lə qarşılaşıb. Matç Subaşiçin komandasının 5:0 hesablı qələbəsi ilə başa çatıb. Amma Subaşıçin adı qarşılaşmanın sifariş ərizəsinə salınmayıb.
Bu qələbə sayəsində "OFK Belqrad" adını 1/4 finala yazdırı.