Eratsız "Fortuna" məğlub oldu

01:00 - 6 Dekabr 2015

Millimizin üzvü bu oyunun iştirakçısı olmayıb
 
Almaniya Qərb Regional Liqasında 18-ci turun oyunları keçirilib.
 
Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Toğrul Eratın komandası - "Fortuna"nın 23 yaşlıları da növbəti matçına çıxıb. Düsseldorf təmsilçisinin ikinci komandası səfərdə "Kray" ilə qarşılaşıb. Görüş futbolçumuzun komandasının 1:3 hesablı məğlubiyyəti ilə başa çatıb. Erat bu görüşün iştirakçısı olmayıb.
 
Qeyd edək ki, Toğrulun komandası hazırda 25 xalla 19 klub arasında 10-cu pillədə qərarlaşıb.

Xəbər xətti