Millimizin sabiq üzvü oynadı, komandası uduzdu

01:57 - 7 Dekabr 2015

Ufuk Budak üçün 90 dəqiqə
 
Türkiyə PTT 1-ci liqasında 14-cü turun oyunları keçirilib.
 
Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq müdafiəçisi Ufuk Budağın komandası - "Qaziantep BB" səfərdə "Adanaspor"la qarşılaşıb. Matç qazianteplilərin 1:0 hesablı məğlubiyyəti ilə başa çatıb. Start heyətdə meydana çıxan Budaq sonadək mübarizə aparıb.
 
Qeyd edək ki, "Qaziantep BB" hazırda 21 xalla 8-ci pillədə qərarlaşıb.

Xəbər xətti