Səfərdən 1 xalla qayıdır
Türkiyə PTT 1-ci liqasında 14-cü turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının qapıçısı Kamran Ağayevin şərəfini qoruduğu "Karşıyaka" səfərdə "Balıkəsirspor"la qarşılaşıb. Qarşılaşma 0:0 hesablı heç-heçə ilə bitib. Kamranın adı bu qarşılaşmanın iştirak ərizəsində yer almayıb.
Qeyd edək ki, "Karşıyaka" geridə qalan turlarda topladığı 13 xalla 18 klub arasında 16-cı pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi