"Karşıyaka" Kamran Ağayevi yola salır

01:00 - 9 Dekabr 2015

Yaxın günlərdə müqaviləsi ləğv olunacaq
 
Milli komandamızın qapıçısı Kamran  Ağayev "Karşıyaka”dan ayrılmağa hazırlaşır.  
 
Sportal.az xəbər verir ki, bu barədə "yeniasr.com.tr” saytı məlumat yayıb. Mənbədə yer alan məlumata görə, Ağayev artıq "Karşıyaka”ya lazım deyil.  Buna səbəb isə "Karşıyaka”da digər qapıçı Ersin Aydının son zamanlar özünü yaxşı tərəfdən göstərməsidir.
 
Mövsümün əvvəlində III Liqada mübarizə aparan "Darıca Gənclərbirliyi”ndən transer olunan qapıçıya "Karşıyaka”nın əsas qapıçısı gözü ilə baxılır. Kamran yoxluğunda "Balıkesirspor”la matçda forma geyinən və qol buraxmayan qapıçı fanatların da sevimlisinə çevrilib. 
 
Aydının son zamanlardakı uğurlu çıxışı isə Kamranın komandadan ayrılması ilə nəticələnəcək. Mənbədə yer alan məlumata görə, Kamran hazırda Azərbaycandadır. Baş məşqçi Kamal Özdəşdən icazə alan əlcəh sahibi yaxın günlərdə İzmirə qayıdacaq. Onun müqaviləsinin yaxın müddət ərzində ləğv olunacağı da vurğulanıb.
 
Qeyd edək ki,Kamran 3 aydır ki, maaş üzünə həsrət qalıb.

Xəbər xətti