Kamran Ağayev Türkiyə klubundan ayrıldı

15:28 - 9 Dekabr 2015

35 min dollardan imtina edib

 

"Karşıyaka"milli komandamızın qapıçısı Kamran Ağayevlə yolları ayırıb.

 

Sportal.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, ötən həftə "Balıkesirspor"la oyundan əvvəl baş məşqçidən icazə alaraq Azərbaycana gələn 29 yaşlı qolkiper klubdan alacağı 35 min dollardan imtina edərək İzmir təmsilçisindən ayrılıb.

 

Türkiyə mətbuatı onun Azərbaycan klublarından biri ilə razılığa gəldiyini yazıb.

 

Qeyd edək ki, K.Ağayev "Karşıyaka"da oynadığı 13 matçda 20 qol buraxıb.

Xəbər xətti