12-ci pillədə qərarlaşıb
Almaniya Qərb Regional Liqasında 20-ci turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Toğrul Eratın şərəfini qoruduğu "Fortuna II"da növbəti matçına çıxıb.
Dusseldorf təmsilçisi səfərdə “Borussiya II” Dortmundun qonağı olub. Görüş qonaqların 2:4 hesablı məğlubiyyəti ilə başa çatıb. Start heyətdə meydana çıxan Erat sona qədər mübarizə aparıb.
Qeyd edək ki, “Fortuna II” 25 xalla turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi