"Bartınspor" 4-cü pillədə qərarlaşıb
Türkiyə 4 Liqasında 11-ci turun qarşılaşmaları keçirilib.
Sportal.az xəbər verir ki, Azərbaycanlı qapıçı Elnar Kərimovun şərəfini qoruduğu "Bartınspor" doğma meydanda "Paşabahçespor" komandasını qəbul edib. Həmyerlimiz 90 dəqiqə ərzində qapısını toxunulmaz saxlamağı bacarıb. Matç meydan sahiblərinin 2 - 0 qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, bu qələbə sayəsində xallarını 21-ə çatdıran "Bartınspor" liderdən 2 xal geridə qalmaqla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi