Çin klubunu darmadağın etdi
Yaponiyada keçirilən klublararası dünya çempionatında ikinci finalçının kimliyinə aydılıq gəlib.
Sportal.az xəbər verir ki, yarımfinal matçında İspaniyanın "Barselona" və Çinin "Quanqjou" klubları üz-üzə gəlib. Oyun Kataloniya təmsilçisinin böyükhesablı qələbəsi ilə başa çatıb. Luis Suaresin vurduğu 3 qol "Barselona"nı finala yüksəldib - 3:0.
Qeyd edək ki, "Barselona" finalda Argentinanın "River Pleyt" klubu ilə qarşılaşacaq. Dekabrın 20-də keçiriləcək oyun Bakı vaxtı ilə saat 14:30-da başlayacaq.
"Barselona" (İspaniya) - "Quanqjou" (Çin) 3:0
Qollar: Luis Suares, 39, 50 , 67 (p)
saytlarin hazirlanmasi