Qianelli İmbula ilə yollar ayrıla bilər
"Porto" klubu yay tramsfer pəncərəsində "Marsel"dən heyətinə qatdığı Qianelli İmbulanı satmaq fikrindədir.
Sportal.az xəbər verir ki, "əjdahalar" 20 milyon avro dəyərində transfer etdiyi futbolçu üçün gələn təklifləri dəyərləndirəcək. Bu haqda İmbulanın meneceri də danışıb:
"Porto" İmbula ilə yolları ayırmaq fikrindədir. Bu barədə klubla görüşüb yekun qərar verəcəyik".
Bu mövsüm yalnız 2 assist edən 23 yaşlı yarımmüdafiəçinin transfer müqaviləsindəki maddəsində satış qiyməti 50 milyon avro qeyd edilib.
saytlarin hazirlanmasi