Karyerasını vətənində davam etdirəcək
32 yaşlı argentinalı hücumçu Lisandro Lopesin yeni komandasının adı məlum olub.
Sportal.az xəbər verir ki, "İnternasional"dan ayrılan təcrübəli futbolçu Argentinanın "Rasinq" klubuna transfer olub.
Lisandro Lopes karyerasının ən yaxşı dövrünü "Porto" və "Lion"da keçirib.
Xatırladaq ki, "Qəbələ"dən ayrılan Fakundo Pereyra da "Rasinq" klubuna transfer olmuşdu.
saytlarin hazirlanmasi