"Özümü yaxşı hiss edirəm"
Məşhur braziliyalı futbolçu Ronaldinyo karyerası haqda Braziliya mətbuatına gələcək karyerasından danışıb.
Sportal.az xəbər verir ki, hazırda azad agent statusu daşıyan futbolçu karyerasını bitirmədiyini vurğulayıb:
“Futbol oynamaqdan zövq alıram. Özümü çox yaxşı hiss edirəm. Futbol karyeramı bitirmək fikrim yoxdur. 2016-cı ildə seçimlərim daha çoxdu. Rio karnavalından sonra qərar verəcəm”.
Qeyd edək ki, 35 yaşlı futbolçu yay transfer pəncərəsində Braziliyanın “Fluminense” klubu ilə müqavilə imzalasa da, 8 oyun keçirdikdən sonra müqaviləsi ləğv edilmişdi.
saytlarin hazirlanmasi