Nazarovun qolu "Karlsrue"yə qələbə qazandırdı VİDEO

00:19 - 31 Yanvar 2016

Futbolçumuz ikinci hissə meydana daxil olub
 
Millimizin futbolçusu Dmitri Nazarovun çıxış etdiyi "Karlsrue” klubu Almaniya II Bundesliqasının ikinci yarısına hazırlıqlarını davam etdirir. 
 
Sportal.az xəbər verir ki, çalışmalarını davam etdirən komanda dünən yoxlama oyununda qüvvəsini sınayıb. Nazarovun komandasının rəqibi "Qroyter Frut” komandası olub. Qasrşılaşma "Karlsrue”nin 2:1 hesablı qələbəsi ilə başa çatıb.  Nazarov qarşılaşmanın 46-cı dəqiqəsində meydana daxil olub və 72-ci dəqiqədə 11 metrlik cərimə zərbəsini düzgün yerinə yetirərək komandasına qələbə qazandırıb. 

Xəbər xətti