Erat üçün 84 dəqiqə
Almaniya Qərb Regional Liqasında 20-ci turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, millimizin yarımmüdafiəçisi Toğrul Eratın komandası - "Fortuna"nın 23 yaşlıları da növbəti matçına çıxıb. Düsseldorf təmsilçisinin ikinci komandası doğma meydanda "Videnbruk"u 3:1 hesabı ilə məğlub edib. Start heyətdə meydana çıxan Erat görüşün 84-cü dəqiqəsində əvəzlənib. Erat 21-ci dəqiqədə rəqib qapısına yol tapıb.
Qeyd edək ki, Toğrulun komandası hazırda 28 xalla 19 klub arasında 8-ci pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi